Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı – VİDEO

XƏBƏR XƏTTİ
Ramiz Mehdiyev yaşasa – Cəzası 101 yaşında bitəcək•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Ramiz Mehdiyev yaşasa – Cəzası 101 yaşında bitəcək•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•

İranda “Üfüq” televiziyasının aparıcısı canlı yayımda silahdan atəş açıb.

Mecra.az-ın “Qafqazinfo”ya istinadla xəbərinə görə, hadisə odlu silah təliminə həsr olunmuş proqramın canlı efirində baş verib.

Veriliş zamanı studiyada olan aparıcı və hərbi geyimli təlimatçı AK-47 (“Kalaşnikov”) avtomatının istifadəsi və atış qaydalarını nümayiş etdiriblər.

Efir gedişində aparıcının studiyada nümayiş etdirilən Birləşmiş Ərəb Əmirliklərinin bayrağına atəş açdığı bildirilir. Təlimatçının rəhbərliyi ilə baş verən hadisə canlı yayımda izləyicilərə təqdim olunub.

Hadisənin İranın müxtəlif televiziya kanallarında yayımlanan hərbi-təlim xarakterli proqram çərçivəsində baş verdiyi qeyd olunur. Bəzi iddialara görə, bu cür verilişlər ölkədə elan edilən könüllü hərbi hazırlıq kampaniyaları ilə əlaqələndirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt