Vilayət Eyvazov bu şəhərdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

XƏBƏR XƏTTİ
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?•

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Mecra.az  xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt