Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

XƏBƏR XƏTTİ
Ramiz Mehdiyev yaşasa – Cəzası 101 yaşında bitəcək•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Ramiz Mehdiyev yaşasa – Cəzası 101 yaşında bitəcək•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•

Bakıda polisin qanuni fəaliyyətinə mane olan və xuliqanlıq hərəkətləri edən sahibkar həbs olunub.

Mecra.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında yol polisi əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar. Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu nəqliyyat vasitələrinin paytaxtın müəyyən edilmiş ərazilərində hərəkət etməsinin qadağan edildiyi bildirilib. Bu zaman sürücü yük avtomobillərinin sahibi olan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Kazım Kərimova (ad-soyad şərtidir) zəng edib. Sahibkar isə polis əməkdaşları ilə kobud danışaraq müxtəlif iddialar irəli sürüb. Özünü generallardan birinin adamı kimi təqdim edən şəxs təhqiramiz ifadələr işlədib.

Daha sonra Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində K.Kərimov polis əməkdaşları ilə münaqişə yaradıb. Bu səbəbdən o saxlanılıb və sərxoş halda olması müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən sahibkar Binəqədi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutka müddətinə inzibati həbs edilib. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt