Hacıqabulda magistral içməli su xəttində qəza baş verib.
Mecra.az xəbər verir ki, nəticədə Neftçala rayonunda içməli su təchizatında fasilələr yaranacaq.
Belə ki, Hacıqabul rayonu ərazisində diametri 1 200 mm olan magistral içməli su xəttində baş verən qəza ilə əlaqədar Neftçala rayonuna verilən içməli suyun təchizatında oktyabrın 28-də günün ikinci yarısında fasilələrin yaranacağı gözlənilir. (Oxu.Az)