Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

XƏBƏR XƏTTİ
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?•

Noyabrın 4-də saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, noyabrın 5-dən saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

Mecra.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt