Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?

XƏBƏR XƏTTİ
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?•Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu•Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq – Siyahı•Bu gün Neftçalada su olmayacaq•Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xınalıqda müəllim vəfat etdi – FOTO•Bərdədə müəllimə “TikTok”dakı təhqirə görə cəzalandırıldı•Cəlilabadda fermerlər çətin vəziyyətdə: Məhsuldarlıq niyə aşağı olub?•

Cəlilabad rayonunda payızlıq kartof yığımına başlanılıb. Lakin bəzi əkin sahələrində məhsuldarlığın aşağı olması fermerləri çətin vəziyyətə salıb.

Mecra.az xəbər verir ki, fermerlərin verdikləri məlumata görə, elə sahələr var ki, burada məhsul demək olar, yoxdur. Bu səbəbdən bir sıra fermerlər əkin sahələrini şumlayaraq başqa kənd təsərrüfatı məhsulları əkməyə məcbur olublar.

Məhsulun gözləniləndən az olması kartofçuluqla məşğul olan təsərrüfat sahiblərini narahat edir. Fermerlərin üzləşdiyi bu vəziyyətin ümumi məhsuldarlığa necə təsir edəcəyi isə qarşıdakı dövrdə daha aydın məlum olacaq.

Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda 1 508 hektar sahədə təkrar kartof əkini aparılıb. Sahələrdə kütləvi məhsul yığımının gələn ay həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəzdən qeyd olunub ki, bəzi əkin sahələrində məhsulun zəif olmasının mümkün səbəbləri arasında istifadə edilən toxumun keyfiyyəti və aqrotexniki qulluq qaydalarına düzgün əməl edilməməsi də var. (Oxu.Az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt