Polis rəisi şagirdlərlə görüşdü: Narkomaniya bəlası… – FOTOLAR

Bu gün Cəlilabad rayon Polis Şöbəsinin və Cəlilabad rayonu üzrə təhsil sektorunun birgə əməkdaşlığı ilə Cəlilabad rayonu Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya, erkən nikaha və dini radikalizmə yox deyək” mövzularında görüş keçirilib. Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun müdiri İlkin Zeynalov da iştirak edib. 

Mecra.az xəbər verir ki, görüşdə məktəbin şagirdləri, valideyn və müəllimlər iştirak etdi. Cəlilabad RPŞ-nin rəisi polis polkovniki cənab Polad Qarayev dövrümüzdə çox böyük təhlükəyə çevrilməklə dünyanı təhdid edən narkomaniyanın vurduğu mənəvi və maddi zərərlər barədə, həmçinin narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi təhlükələr yaratması ilə bağlı fikirlər səsləndirərək, bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında iştirakçıları geniş məlumatlar verib.

Şöbə rəisi çıxışında həmçinin erkən nikah halları və dini radikalizm kimi aktual mövzulara da toxunub. Qeyd olunub ki, bu neqativ hallar gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin digər risklər də yaradır. Erkən nikahlar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına, dini radikalizmə meyillilik isə islamın əsl mahiyyətindən uzaqlaşmalara səbəb olduğu xüsusilə qeyd edilib.

Görüş zamanı şagirdləri maraqlandıran suallar Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Polad Qarayev tərəfindən cavablandırılaraq, müzakirə və təkliflərlə davam edib.

Göstərdiyi diqqətə, şagirdlərlə keçirdiyi səmimi və səmərəli maarifləndirici görüşə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, cənab Polad Qarayevə Cəlilabad rayon təhsil ictimaiyyəti adında dərin təşəkkürümüzü bildiririk!

👁 72 baxış