Bayram namazının vaxtı açıqlandı

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Qurban bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-u, yəni mayın 27-nə təsadüf edir.

Bu barədə Mecra.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, bütün məscidlərdə bayram namazı mayın 27-də qılınacaq.

“Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən etibarən üç gün müddətində qurban kəsimini həyata keçirmək olar.

Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət yetirilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.

Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər.

Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın”, – deyə məlumatda qeyd olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt