Qan ilə suvardı bu vətən torpağını – Gülbala Teymurun yeni qəzəli

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Mecra.az tanınmış şair Gülbala Teymurun “Qarabağda” adlı qəzəlini təqdim edir:

 

Düşmənləri qovduq, açılıbdır yenidən dil Qarabağda,

Cəh-cəh vurur, həmd olsun, İlahı, yenə bülbül Qarabağda.

 

Xoşdur vətən övladına öz yurdunu, öz xalqını sevmək,

İldən ilə növraqlı gəlir, al geyinir il Qarabağda.

 

Dünyada hünərvər kimi ad qoydu bizim ali komandan,

Ondandı ki,qalib kimi, məğrur yaşayır el Qarabağda.

 

Qan ilə suvardı bu vətən torpağını ölməz oğullar,

Bu həqdi ki, al çöhrəli, qıpqırmızıdı gül Qarabağda.

 

Şair, bu vətən torpağına, göstər hünər, yaxşı şeir yaz,

İllərlə axan göz yaşını, Gülbala, gəl, sil Qarabağda.

Vətən müharibəsinin xronikası: 20 OKTYABR

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt