Elman Nəsirovun qızı video yaydı – Atasına ağır ittihamlar

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Laləzar Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu deyib.

Mecra.az xəbər verir ki, o, deputatın birinci nikahından dünyaya gəldiyini iddia edib.

L.Əliyevanın sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım qeyd edib ki, Elman Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Hazırda isə çətin vəziyyətdədir.

Məsələ ilə bağlı deputat Elman Nəsirovla əlaqə saxladıq. O, videodakı xanımla bağlı aşağıdakıları bildirdi:

“Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim. Vəssalam.”

Laləzar Əliyeva isə növbəti paylaşımında sübut kimi valideynlərinin toyundan fotolar paylaşacağını açıqlayıb (Qafqazinfo). 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt