“Alo, mən səni görürəm…” – VİDEO

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Bu gün Azərbaycanın tanınmış şairi, istedadlı qələm sahibi Əlisəmid Kür 71 yaşında vəfat edib.

Mecra.az belə bir gündə məşhur şairin “Alo, mən səni görürəm” şeirini öz dilindən təqdim edir:

Yuxarı mərtəbədən gələn mahnı

Ürəyimi göynədən vaxtda

əllərim qoynumda

uzanmışam çarpayıda.

Tavandan,divarlardan

Kədərli üzlər,

Dilxor maskalar asılır

Səni düşündükcə, qızım!

Hər oxunan nəğmə

Bir doğma anı yada salar,

Hər tanış səs bir doğma üzü

Canlandırar gözlərimizdə…

Telefon zəngi.

-Alo, Bakıyla danışın.

-Al-lo! Qızım, sənsənmi?!

-…

-Al-lo!

…2400 kilometrlik həsrətin içində

Qatar keçdi deyəsən.

Bir zahı bulud

Silkələdi telefon xətlərini.

Yüz saniyəlik sükutun arxasına

Sığdı bir insan ömrü.

-Alo! Alo!!

-A-ta! A-ta!

…Üzün yadımdan çıxır,

İlğım axır dalğa-dalğa

Yaddaşımın dörd olmuş gözündən.

Yuxu da yalanmış, fotoşəkil də yalan…

-Alo! Alo!

-Ata, məni eşidirsən?

-Al-lo, mən səni görürəm, qızım…

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt