Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Artıq 15 mindən çox keçmiş məcburi köçkün öz el-obalarına qayıdıb.

Mecra.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, eləcə də yataqxana, sanatoriya kimi müxtəlif müvəqqəti məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Doğma yurdlarına qayıdanların köçkün qəsəbələrindəki evləri və şəhərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək aqibəti maraq doğurur.

Millət vəkili Azər Badamov bildirib ki, dövlət keçmiş məcburi köçkünləri yaşayış şəhərciklərində yerləşdirəndə həmin mənzillər məcburi köçkünlərin və qaçqınların mülkiyyətinə verilməyib: “Bu onlar üçün yaşayış yeri kimi müəyyənləşmişdi. Torpaqlar işğaldan azad edildikdən sonra onların doğma yurdlarında daimi yaşayış yerlərinin qurulması nəzərdə tutulub. Əvvəldən yerləşdirilmiş mənzillər və evlər isə müvafiq qurumun büdcəsinə qaytarılır. Həmin mənzil digər ehtiyacı olan vətəndaşların istifadəsinə verilir”.

Daha ətraflı İTV-nin videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt