Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Mecra.az bu barədə President.az-a istinadən xəbər verir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncamla Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-30-cu illər üçün DÖVLƏT PROQRAMI ilə bu linkdən tanış olmaq mümkündür.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt