İlham Əliyev “Qarabağ” klubunu təbrik etdi

XƏBƏR XƏTTİ
Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” klubunu məğlub edən “Qarabağ” klubunu təbrik edib.

Mecra.az xəbər verir ki, bununla bağlı Prezidentin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib:

“Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ” Lissabonda “Benfika” üzərində inamlı qələbə qazanıb – 3:2.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt