Azərbaycan Ordusunun çinli əsgəri – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Azərbaycan Ordusunda Çin əsilli əsgərin xidmət etməsi maraqla qarşılanıb.

Mecra.az APA TV-yə istinadən xəbər verir  ki, əsgər Emin Lin həm silahdaşlarının, həm də komandirlərinin hörmətini qazanıb.

O, ingilis, rus və Azərbaycan dillərində də sərbəst danışa bilir. Əsgər yoldaşlarından bəziləri onu Lin, bəziləri isə “çinli” deyə çağırır.

“Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. 1 il 6 ay ərzində çox şeyə uyğunlaşdım. İlk dəfə məni çox maraqla qarşıladılar. Hamıya maraqlı oldu ki, çinli biri Azərbaycan Ordusunda xidmət edir. Həmçinin Çin mətbəxi necədir, Azərbaycan mətbəxinə oxşayırmı? Əslində mən Çin mətbəxini o qədər də bilmirəm. Anam evdə həm Azərbaycan, həm də Çin mətbəxindən yeməklər bişirir”,- deyə Emin Lin söyləyib.

Bildirilib ki, ailə 1998-ci ildən Azərbaycanda yaşayır. Eminin böyük qardaşı Aydın da Azərbaycan Ordusunda xidmət edib.

Daha ətraflı süjetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt