İcra başçısı yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüşdü – FOTOLAR

9 sentyabr 2025-ci il tarixində rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2024-2025-ci tədris ilində yüksək balla ali təhsil müəssisələrinə qəbul olan məzunları ilə görüş keçirilmişdir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon təhsil sektorunun müdiri İlkin Zeynalov, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qeyd edib ki, qalib ölkəmizin qüdrətli gələcəyinə hesablanmış, milli mənafelər üzərindən qurulan Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olub.

Məzunlarla səmimi söhbət edən RİH başçısı Rafiq Cəlilov bir daha təbriklərini çatdıraraq təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdi ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.

Həmçinin çıxış edənlər ölkəmizin təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs ediblər.

Sonda tələbə adını qazanan yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan məzunlara Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

👁 baxış