Biləsuvarda YANĞIN: Xəsarət alanların son vəziyyəti açıqlandı

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Biləsuvar rayonunun Ağalıkənd kəndində baş verən yanğın hadisəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yanğın hadisəsi səbəbi ilə sentyabrın 7-si, saat 10:00-da iki nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədən səthinin 30-39 % sahəsinin termik yanığı diaqnozları təyin olunub. Hazırda vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Biləsuvar rayonunda yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kənd sakini Lətif Məmmədovun həyətyanı sahəsində baş verib.

O, öz həyətində yemçəkən dəzgahı təmir edərkən aparatda qısaqapanma olub və dəzgah alışıb.

Hadisə nəticəsində Lətif Məmmədov və ona kömək edən həmkəndlisi Cavid Bayramov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt