Cəlilabadda su itkisinin qarşısının alınması məqsədi ilə işlər aparılır – FOTOLAR

Cəlilabad rayonunda su ehtiyatlarından səmərəli istifadə və su itkisinin qarşısının alınması məqsədilə davamlı işlər aparılır

Cəlilabad rayonunda kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.
Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Payızlıq əkin sahələrinin vaxtında suvarılması və fermerlərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi və hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılmışdır.

Bu il ümumi uzunluğu 376.7 km olan kanal və arxların təmizlənməsi nəzərdə tutulmuşdur. Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən kifayət qədər texnika ayrılmışdır.

Bu günə kimi 74.9 km uzunluğunda arx və kanallar təmizlənib və yararlı hala salınıb. İşlər davam etdirilir.

Eyni zamanda su itkisinin qarşısının alınması məqsədilə Muğan kanalının su götürən hissəsində əvvəlki illərdə 3 500 metr hissə betonlanmışdır. Cari ildə isə daha 1 500 metrlik sahədə bu işlərin görülməsi nəzərdə tutulmuşdur.

👁 baxış