Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edildi

XƏBƏR XƏTTİ
General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•

Bakıda azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edilib.

Mecra.az xəbər verir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlb etmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt