İcra başçısı şəhid ailəsini ziyarət etdi – FOTOLAR

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 1992-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşən şəhid Məmmədov Azər Xeyrulla oğlunun ailəsini ziyarət edib.

Mecra.az  xəbər verir ki, RİH başçısı Rafiq Cəlilov hər bir şəhid ailəsinin dövlətin, dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Həmçinin Birinci Qarabağ müharibəsində Şəhid və qazi olanlar Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən gənclər üçün böyük nümunə olduğunu qeyd etmişdir.
Ziyarət zamanı ailənin qayğı və problemləri dinlənilib, qəhrəman oğullarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Şəhid anası Surə Məmmədova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirmiş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt