Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov bu günlərdə Neftçalada olarkən aprel döyüşlərinin əfsanəvi qəhrəmanı, XTQ-nin giziri şəhid Elimdar Səfərovun doğulduğu kəndə gedərək ailə üzvləri ilə görüşüb.
Qeyd edək ki, Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb. Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salınıb. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN

👁 baxış
