“Elə ki, bu dəyişiklik olundu, formal sülh sazişi də imzalanacaq”

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

“Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur”​.

Mecra.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq.

Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır”, – dövlət başçısı bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt