Rəqsanənin ərinə də cinayət işi açıldı – Ölkədən çıxa bilməz

XƏBƏR XƏTTİ
General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Əmiraslanov da eyni işlə bağlı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İş adamı təqsirləndirilən şəxs qismində cəlb edilsə də, həbs olunmayıb. Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. F.Əmiraslanov istintaq bitənə qədər ölkədən kənara çıxa bilməz.

Məlumatı onun vəkili Ramal Şahmarov saytımıza təsdiq edib.

Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt