Ölmüş bilirdilər, dirildi: ABŞ-li qadın orqanlarının çıxarılması əməliyyatından əvvəl ayıldı

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

ABŞ-də qeyri-adi hadisə yaşanıb. Komada olan qadın orqanlarının donor kimi çıxarılmasına bir dəqiqə qalmış ayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, Danella Qalyegos adlı qadın evsiz olub və təcili tibbi yardıma ehtiyac duyduqdan sonra komaya düşüb. Həkimlər onun sağ qalma şansının olmadığını bildirdikdə, ailəsi qadının orqanlarını donor kimi bağışlamağa qərar verib.

Hazırlıq prosesi Nyu-Meksiko Donor Xidməti vasitəsilə həyata keçirilib. Əməliyyatdan əvvəl ailə üzvləri Danellanın gözlərində yaş gördüklərini bildiriblər, lakin həkimlər bunu sadəcə refleks hesab ediblər. Orqanların çıxarılması planlaşdırılan gün qadının bacısı onun hərəkət etdiyini müşahidə edib. Əməliyyata cəmi bir neçə dəqiqə qalmış isə Danella tibbi heyətin göstərişi ilə gözlərini qırpmağa başlayıb.

Orqan nəqli üzrə koordinator prosedurun davam etdirilməsində israr etsə də, həkimlər Danellanı əməliyyat otağından çıxarıb və onun həyatını xilas ediblər.

Hazırda qadının vəziyyəti sabitdir və o, bərpa prosesini davam etdirir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt