“Saxla” əmrinə tabe olmayıb polisə bıçaqla müqavimət göstərdi – Zərərsizləşdirildi

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən Mecra.az-a bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb.

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.

Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt