Şəkərsiz kolanın ürək üçün zərərləri: Həkim xəbərdarlıq etdi

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Şəkərsiz kola içkisi infarkt və insult riskini artıra bilər. Bu, içkinin tərkibində şəkər əvəzinə istifadə olunan şəkər əvəzediciləri ilə bağlıdır.

Mecra.az-ın məlumatına görə, bu barədə rusiyalı həkim Elvira Xaçirova Gazeta.ru-ya açıqlamasında bildirib.

“Bu, aşağıkalorili şəkər əvəzedicisi olan eritritdir. Eritrit qan dövranında trombositlərin aktivliyini artırır. Bu isə tromb yaranması üçün əlverişli şərait yaradır. Bu baxımdan şəxsi riskləri nəzərə almaq və hətta şəkəri az olan içkiləri də hədddən artıq qəbul etməmək tövsiyə olunur”, – deyə Elvira Xaçirova bildirib.

Həkimin sözlərinə görə, ürək-damar sisteminə mənfi təsir göstərən bir sıra içkilərin istehlakı məhdudlaşdırılmalı, bəzən isə tamamilə imtina edilməlidir:

“Belə içkilərə alkoqollu içkilər daxildir. Alkoqol xüsusən də yüksək dozada qəbul edildikdə, qan təzyiqini artırır, ürək əzələsinə toksik təsir göstərir və ürək-damar xəstəliklərinin inkişaf riskini yüksəldir. Eyni zamanda, enerji içkiləri də təhlükəlidir. Onların tərkibindəki kofein və digər stimullaşdırıcı maddələr ürək döyüntüsünü və təzyiqi artıraraq ciddi fəsadlara səbəb ola bilər”.

Xaçirova onu da qeyd edib ki, qəhvənin həddindən artıq istifadəsi də ürək və qan damarları üçün təhlükəlidir, xüsusilə kofeinə qarşı yüksək həssaslığı olan şəxslər üçün. “Bu səbəbdən daha çox su, qazsız içkilər, şəkərsiz çaylar və şəkər əlavə olunmamış meyvə-tərəvəz şirələri içmək tövsiyə olunur”, – deyə o bildirib. (Oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt