Biri PTX əməkdaşı, digəri şəhid qardaşı imiş… – Fotolar – Yenilənib

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmiş.

Mecra.az unikal.az-a istindən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ramal Vəliyev PTX-də baş çavuş rütbəsini daşıyıb. O, qəza zamanı sükan arxasında olub.

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatdakı ilkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

***

Qəzada həyatını itirən digər şəxs – 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu isə şəhid Pərvin İsgəndərovun qardaşıdır. 

P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xatırladaq ki, sözügedən ağır qəza BMW markalı avtomobillə törədilib. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin — 1997-ci il təvəllüdlü Nəsirov Rafət Mahir oğlu, 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu və 2000-ci il təvəllüdlü Əhmədov Zaur Mahmud oğlu hadisə yerində həyatlarını itiriblər.

 





Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt