Azərbaycanın Macarıstanla münasibətlərinin dinamikası xüsusi diqqətə layiqdir

Azərbaycanın dövlət müstəqilliyinin bərpası onun dünya dövlətləri ilə ikitərəfli əlaqələrinin yaranmasına, siyasi münasibətlərin genişlənməsinə, bu münasibətlər əsasında iqtisadi, mədəni əlaqələrin də genişlənməsinə şərait yaratdı. Azərbaycan qısa müddətdə dünyanın əksər dövlətləri ilə siyasi əlaqələrini dünyəvi siyasət sisteminə inteqrasiya edə bildi. Belə dövlətlərdən biri də Macarıstan oldu. Dəyişən beynəlxalq düzəndə Azərbaycanın Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, həm də yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığa çevrilir. Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir.
Mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Budapeştə işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafına təsir baxımından böyük əhəmiyyətə malik siyasi hadisədir. Bu səfər artıq Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli danışıqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri də, səfər zamanı mətbuata verdiyi bəyanat da tədsdiqləyir ki, Azərbaycan-Macarısan münasibətləri dünyəvi proseslər müstəvisində tarixi gerçəkliklərin münasibətidir və bundan sonra daha da genişlənəcəkdir. Bu gün Azərbaycan–Macarıstan münasibətləri artıq sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, region üçün də sabitlik, inkişaf və dayanıqlı tərəfdaşlıq nümunəsi təqdim edir. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır. Bu əməkdaşlıq həm Azərbaycanın Avropadakı nüfuzunu, həm də Macarıstanın Türk dünyası ilə əlaqələrini gücləndirir. Əminliklə demək olar ki, bu tərəfdaşlıq modeli gələcəkdə daha geniş miqyası əhatə edəcəkdir.
İki dost və qardaş ölkənin əlaqələri tarixin bütün mərhələlərində ən yüksək formada olmuşdur. İki ölkə arasında qarşılıqlı səfərlər əməkdaşlığın daha dərindən təhlilinə və perspektivlərin açıqlanmasına geniş imkanlar yaradır. Buna görə hər səfər ölkələr arasında münasibətlərin inkişafında yeni səhifə kimi dəyərləndirilir. Cənab İlham Əliyevin Macarıstana səfəri iki dost ölkənin dünyaya nümunə olan qardaşlığına yeni əlavələr gətirəcək, münasibətlərimizin daha sürətli inkişafında əsas amil olan etimad mühitini daha da möhkəmləndirəcək.

Babək Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

👁 baxış