Süni intellekt həkimləri də əvəz etdi

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Çində yerləşən “Synyi AI” və “Almoosa Health Group” Səudiyyə Ərəbistanında süni intellektdən (AI) istifadə edərək klinikada xəstələrə diaqnoz qoymaq və reseptlər yazmaq üçün proqrama start verib.

Mecra.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, bu təşəbbüs ilkin tibbi yardım mərhələsində canlı həkimlərin əvəz edilməsi istiqamətində vacib addım hesab olunur.

Bildirilib ki, xəstələr əvvəlcə simptomları planşetdə qeyd edirlər. Daha sonra süni intellekt həkim olan Dr. Hua xəstələri qəbul edir, eləcə də şikayətləri toplayır.

Süni intellekt əlavə suallar verir və həkimlərin çəkdiyi elektrokardioqram və ya rentgen şəkillərini təhlil edir. Nəticədə kompüter proqramı xəstəyə müalicə planı təklif edir.

O da qeyd olunub ki, prosesdə canlı həkim də iştirak edir.

Layihənin sınaqdan keçirilməsində 30 mindən çox xəstə iştirak edib. Əvvəlki testlərdə səhv nisbətinin 0.3%-dən az olduğu deyilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt