İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı təbrik etdi

XƏBƏR XƏTTİ
Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı PKK terror qruplaşmasının özünü ləğv etməsi münasibətilə təbrik edib.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında paylaşım edilib.

“Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”, – paylaşımda qeyd olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt