Rayonlara yağış yağacaq – SABAHIN HAVASI

XƏBƏR XƏTTİ
Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Prezident “Yüksəliş” üçün 1 milyon manat ayırdı – Sərəncam•“Böyük Qayıdış” layihələrində yarım milyard manatlıq vəsait istifadə olunmayıb•10° şaxta olacaq – Sabahın havası•Prokuror general qızı haqda qərardan protest verdi•“Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb”•Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək – Prezident təsdiqlədi•Vətən müharibəsi qazisi dəm qazından boğuldu – FOTO•

Mayın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt