Bakıda üç qız YOXA ÇIXDI: polis onları axtarır

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Bakıda 3 qız itkin düşüb.

Məcra.az Lent.az-a istinadla xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.

Bu barədə onun anası Y. Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

 

Digər hadisələr Nizami rayonunda olub.

14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M. Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.

Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ. Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.

Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt