Xərçəngə tutulan şəhid qardaşının müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü – FOTO

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Xəbər verdiyimiz kimi, 2016-cı il aprel döyüşlərində şəhid olan leytenant Qabil Orucəliyevin tək qardaşı İsa Orucəliyevin xərçəng xəstəliyinə tutulduğunu bildirmişdik.

Şəhidin ailəsi İstanbulda Kolan xəstəxanasında müalicə alan İsanın müalicə xərcləri üçün 120 min dolların tələb olunduğunu bildirmişdi və kömək istəmişdi.

Redaktor.az xəbər verir ki, şəhidin yaxın qohumu, Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu artıq İsanın müalicə xərclərini Heydər Əliyev Fondunun üzərinə götürdüyünü deyib:

“Şəhid leytenant Qabil Orucəliyevin qardaşı, leykoz (qan xərçəngi) ilə mübarizə aparan İsanın bundan sonrakı bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Buna görə də hər kəsdən kart hesabına göndərilən maddi yardımı dayandırmağı xahiş edirəm. Bu günədək İsanın yaşaması üçün maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Var olun. Sizlərin dəstəyiniz və dualarınız sayəsində İsa sağlamlığına qovuşacaq. Şəhid əmanətinə sahib çıxdıqları üçün Qabil Orucəliyevin ailəsi adından Heydər Əliyev Fonduna minnətdarlığımızı bildirir, təşəkkür edirik!”.

Vasif ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt