Rusiyada maşın partladıldı, general həlak oldu – Video – FOTOLAR

XƏBƏR XƏTTİ
General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•General qızı həbs edilmədi – Qərar verildi•“Öpərək çantanı əlinnən alım…” – Vahid Əzizin şeirləri•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•

Bu gün səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində güclü partlayış baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik həlak olub.

Qeyd olunub ki, hadisə səhər saat 10:40 radələrində 59 yaşlı Moskalik yaşayış binasının girişində park edilmiş “Volkswagen Golf” markalı avtomobilin yanından keçərkən baş verib. Partlayış dalğası onun cəsədini bir neçə metr kənara atıb.

Məlumata görə, partlayışa avtomobilin içərisinə yerləşdirilən partlayıcı qurğu səbəb olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.





Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt