Şəhid ailələri quda oldu – VİDEO

XƏBƏR XƏTTİ
Prezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Prezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə 

Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev şəhid Ayxan Musayevin bacısı ilə ailə qurub.

Mecra.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Cütlük hər iki Vətən müharibəsi şəhidinin məzarını ziyarət edib.

Qeyd edək ki, Daşqın Şəfiyev Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci il noyabrın 5-də Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmənin diversiya qrupunu məhv edərkən şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”,  “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Ayxan Musayev isə 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib və 20 günə yaxın ağır koma vəziyyətində qalıb. O, noyabrın 28-də şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt