Bunu Məcra.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov vəzifəsindən sui-istifadə edən məmurlar haqda danışarkən deyib. Rəşid Mahmudov ilk növbədə insanın özünün əxlaqlı olmasının vacibliyini vurğulayıb:
“Vaxtilə bizdə 1 saylı Şəhər Klinik Xəstəxanasına bir baş həkim qoymuşdular. O, hər səhər çıxıb xəstəxananın həyətinə elə baxırdı ki, elə bilirdi hamısı bunundur. İclasda da əxlaqsız danışırdı. Sonra da işdən çıxarıb atdılar və indi xəstəxananın həyətinə baxmağa həsrət qalıb. İndi bu məmurlar da belədir. Bunlara iş, vəzifə verilir ki, işlə, vətəndaşlara xidmət elə. Amma bunlar elə başa düşür ki, vəzifə bunlara sanki dədələrindən qalıb. Düşünürlər ki, bu millətə qarşı hər şey edə bilərlər, namusuna da toxuna bilər, vicdansızlıq da edə bilər. Adamın özü gərək tərbiyəli olsun, vəzifə adamı tərbiyəli etmir axı”.
Vasif Əlihüseyn