Nazirlik: “Suvarma sistemlərinin 40 %-i dövlət tərəfindən subsidiyalaşdırılacaq”

Azərbaycanın ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ilə bağlı ölkə başçısının imzaladığı fərmanla yeni mexanizmlər hazırlanıb.

Məcra.az xəbər verir ki, bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O qeyd edib ki, bu mexanizmə əsasən ilk növbədə dövlət dəstəyi ilə müasir, daha yüksək məhsuldarlığa imkan verən texnologiyalar, xüsusilə pilot suvarma sistemləri texnologiyaları təşkil olunacaq

“Suvarma sistemlərinin 40 %-i dövlət tərəfindən subsidiyalaşdırılacaq. Həmçinin, yerdə qalan vəsait güzəştli kreditlərlə təmin olunacaq. Bununla da 55-65 sentner səviyyəsində məhsuldarlıq əldə edən təsərrüfatların, sahələrin xüsusi çəkisi genişlənmiş olacaq. Eyni zamanda, pilot suvarma texnologiyalarını tətbiq edən təsərrüfatlar tərəfindən istehsal olunan ərzaqlıq buğdaya görə 2023-cü ildən məhsul subsidiyası da ayrılacaq. Söhbət bu payız əkiləcək taxıllardan gedir. Yəni subsidiyalar həm texnologiyalara, həm də məhsula görə ayrılacaq. Bu təşviq mexanizmləri ərzaqlıq buğda istehsalının artımı baxımından olduqca ciddidir”.

 

F.Fikrətzadə onu da əlavə edib ki, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızın tədricən təsərrüfat dövriyyəsinə cəlb olunması hesabına həmin ərazilərdə də taxıl istehsalının artımına nail olunacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 % idi:

“Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 % səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.

İl ərzində ölkənin kartof toxumuna tələbatı isə 168,3 min ton təşkil edib. Bunun cüzi hissəsi yerli istehsal, 32,1 min tonu idxal hesabına ödənilib. Son nəticədə 136,2 min ton toxuma əlavə ehtiyac yaranıb.

Xatırladaq ki, ənənəvi olaraq Azərbaycanda hər il 550-600 min hektar ərazidə buğda əkilir. Bu gün ərzaqlıq buğda ilə təminetmə əmsalı 25 % təşkil edir.

kulisbet güncel girişcasino siteleriistanbul escortcasibomcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncelextrabetistanbul escort bayanjojobetjojobet girişjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomPusulabetcasibom yeniTekirdağ escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişcasibomcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabettarafbet güncelsekabet güncel girişmarsbahisgrandpashabetmarsbahis girişjojobet güncel girişmatadorbet girişultrabetultrabetcasibom giriş güncelcasibom 715 girişmatbet güncel girişKıbrıs night clubasyabahisngsbahisbahigocasibom girişcasibom girişjojobetjojobetmarsbahis güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişgrandpashabet güncel girişbetcupvbetfixbet güncel girişdumanbetsafirbetsekabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetUltrabet güncel girişcasibommeritkingankara escortjackbetcasibomparibahismatadorbetgrandpashabetsahabetonwinsekabetonwinholiganbetjojobetMeritkingbetturkey güncel girişonwin güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorummatbetzbahismatbet güncel girişholiganbetonwinAlsancak Escortdumanbet girişmatadorbetcasibomcasibomcasibom girişgrandpashabetbettilt girişcasibom girişCasibom girişimajbet güncel girişimajbetmarsbahis girişcasibom güncel girişcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerbetpark girişcasibomcasibom girişGrandpashabetbetwooncasino sitelerijojobetpendik escortholiganbetKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetgrandpashabetgrandpashabet girişcasinolevantbettilt