Nəzrinin ölümünə görə saxlanılan həkimlə bağlı qərar verildi

XƏBƏR XƏTTİ
Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Pirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Pirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı ötən gün saxlanılan cərrah Sənan Mehdiyev məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, prokuror səhlənkarlıqdan ölümə səbəb olmaqda ittiham olunan cərrahın həbsini istəyib.

Nəsimi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. S.Mehdiyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurova Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt