Masallıda 11 il əvvəl törədilmiş cinayətin üstü AÇILDI – FOTO

XƏBƏR XƏTTİ
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq•Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş… – Həkimə bu cəza verildi•Peşə təhsilində 33 yeni ixtisas yaradılıb•General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi•Cəlilabad Mərkəzi Xəstəxanasında komissiya sədri vətəndaşlardan 58 min manat rüşvət alıb – Məhkəmə•Narkotik əməliyyatlarında həbs edilənlər var – Biri qadındır – FOTO•Bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq•Bu qurumun direktoru 6 min manat maaş alır – Tam siyahı•Bu imtahan ləğv olundu – Ödənişlər geri qaytarılacaq•Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş… – Həkimə bu cəza verildi•Peşə təhsilində 33 yeni ixtisas yaradılıb•

Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.

Faktla bağlı elə həmin vaxt Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt