Novoqolovka (Uzuntəpə) molokanları-Araşdırma+FOTOLAR

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Molokanlar bir sekta olaraq xristianlığın pravoslav qoluna mənsubdurlar. Onlar kilsəni və keşişləri inkar edirlər. İbadət mərasimlərini adi evlərdə keçirirlər.

 

XVIII əsrin I yarısından Muğana köçürülən molokanlar 2 səbəbdən öz yurdlarından uzaqlaşdırılmışdı:

 

  1. Provaslavlığın apardığı islahatları qəbul etmədiyinə, kilsə və keşişləri inkar etdiklərinə görə;

 

  1. Dövlət tərəfindən işğal edilmiş Cənubi Qafqazda, o cümlədən Muğanda ruslaşdırma siyasəti apardığına görə.

 

Molokanlar Cəlilabad rayonunun ərazisinə əsasən 1843-1845-ci illərdə köçürülüblər (sürgün ediliblər). Sonrakı illərdə də bu köç davam edib.

Rus koloniyası Uzuntəpədə ərazisində (şərq) 1844-cü ildən salınır. Yeni salınmış yaşayış sahəsi əvvəlcə Novoqolka, sonra isə Novoqolovka adlanır.

 

Uzun müddət – XVIII əsrin 40-cı illərindən – XX əsrin 80-90-cı illərinə qədər kəndin 80-90%-ni rus əsilli molokanlar təşkil edirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan molokanları Rusiyanın müxtəlif bölgələrinə köç etməyə başladılar. Hal-hazırda Uzuntəpədə (Novoqolovka) 3-5 yaşlı rus molokanı yaşamaqdadır. Şəkildə gördüyünüz Novoqolovkada (Uzuntəpədə) molokanlara aid qəbir abidələri (1ha ərazi). Qəbirüstü daşlarda XIX əsrə aid müxtəlif formalı yazılar var. Bununla bağlı tədqiqata böyük ehtiyacı var. Vaxtımız olduqca biz də bu işlə məşğul olacağıq.

Ələsgər Mirzəzadə, ADPU CF-nın müəllimi və tarixçi- tədqiqatçı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt