Qadın və kişilər bir-birlərinə niyə paxıllıq edirlər?

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Çexiyanın Ostrava Universitetinin alimləri kişilər və qadınlar arasında paxıllığın yeni formasını aşkar ediblər.

Mecra.az xəbər verir ki, aparılan tədqiqat “Frontiers in Psychology” (FIP) elmi jurnalında dərc olunub.

Aparılan araşdırmanın nəticələri 15 və daha yuxarı yaşda olan 1769 iştirakçı arasında aparılan sorğuya əsaslanır.

Bütün respondentlərə “Əks cinsin nəyinə paxıllıq edirsiniz?” sualı verilib.

Araşdırma gender paxıllığının üç əsas kateqoriyasını müəyyənləşdirib ki, bunlar da sosial üstünlüklər, fiziki hazırlıq və psixoloji xüsusiyyətlər.

Tədqiqatçılar müəyyən ediblər ki, qadınlar qəbul edilən sosial imtiyazlara görə kişilərə daha çox paxıllıq edirlər: daha yüksək maaşlar, karyera imkanları və xarici görünüşlə bağlı sosial təzyiqlərdən azad olmaq buna nümunədir.

Bir çox qadın kişilərin dincəlmək və ev işləri yükü olmadan daha sadə, daha az stressli həyat sürmək qabiliyyətini vurğulayıb.

Kişilər isə öz növbələrində qadınlara gözəllikdən və cazibədarlıqdan istifadə edərək başqalarına təsir etmək bacarığı, eləcə də sosial mühakimə olmadan emosiyalarını açıq şəkildə ifadə etmək azadlığına görə paxıllıq edirlər.

Fiziki xüsusiyyətlər hər iki cins üçün əhəmiyyətli paxıllıq mənbəyi olub. Qadınlar kişilərin fiziki gücünə və onların menstruasiya, hamiləlik və menopoz kimi bioloji proseslərdən azad olmasına həsəd aparırlar.

Kişilər isə tez-tez qadınların uşaq dünyaya gətirmə qabiliyyətinin üstünlüyünü qeyd ediblər.

Alimlər həmçinin aşkar ediblər ki, qadınların 42%-i, kişilərin 56%-i əks cinsin paxıllığından azaddır (lent.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt