Bakıda narkoman valideynlər körpəyə işgəncə verdilər-FOTO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Bakıda valideynlər uşağına işgəncə verib.

Məcra.az Lent.az-a istinadla xəbər verir ki, Nərimanov rayonunda yaşayan ailədə körpəyə işgəncə verildiyini görən rayon polis idarəsinin əməkdaşları məsələyə müdaxilə ediblər.

Nəticədə körpə ailədən alınıb.

Məsələ ilə bağlı danışan “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyninin narkotik aludəçisi olduğunu deyib:

“Uşağı gecə saatlarında Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşları sığınacağa gətiriblər. Təxminən körpənin 2 yaşı olar.

Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin.

Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt