“07” yoldan çıxıb hasara çırpıldı, 2 ölü, 1 yaralı var -Lənkəranda dəhşətli qəza-FOTO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Lənkəran rayonunda yol qəzası baş verib.

 

Məcra.az xəbər verir ki, Report-un verdiyi məlumata görə, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb. “VAZ-2107” markalı, 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada ölənlər və yaralananın Lənkəran rayonunun Səpnəkəran kənd sakinləri olduğu, kimliklərinin dəqiqləşdirildiyi bildirilir.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt