Meşə qırılır, göl qurudulur – İcra Hakimiyyətindən REAKSİYA – FOTOLAR

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Bulaq sularından qidalanan, suvarma su mənbəyi kimi təsərrüfatda istifadə olunan, turizm məkanı Çənlibel gölü hasara alınıb. 

Məcra.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, iddialara görə Quba rayonunda sıx Qəçrəş meşəlikləri və dağlarla əhatə olunan Çənlibel gölünün sahili özəlləşdirilib.

Yerli sakinlər bildiriblər ki, meşə ərazisində fəaliyyət göstərən istirahət mərkəzi gölü torpaqla doldurub, yaşıllıqları məhv edirlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə və Quba rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərilib. Gölün ərazisində yerləşən istirahət mərkəzinin SOCAR-ın vəzifəli şəxsinə aid olması iddiası ilə bağlı da müvafiq dövlət şirkətinə sorğu göndərilib.

Sorğuya ancaq Quba Rayon İcra Hakimiyyətindən cavab verilib.

“Sizin icra hakimiyyətinin eletron poçt ünvanına göndərdiyiniz 21.07.2022-ci il tarixli informasiya sorğunuza baxılmışdır. Bildiririk ki, yerin təkindən, su obyektlərindən, meşələrdən istifadə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Meşə fondu torpaqları təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmçinin su fondu torpaqları Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxlərin icarəsinə verilə bilər. Çənlibel gölünün və Qəçrəş meşəliklərinin özəlləşdirilməsi ilə əlaqədar məlumatlar həqiqəti əks etdirmir”, – deyə icra hakimiyyətindən bildirilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt