Bakıya yağış, rayonlara qar yağacaq – Sabahın HAVASI

XƏBƏR XƏTTİ
İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Qoy camaat ürəyindən keçəni desin” – VİDEO•Putin ordu ilə bağlı həmin fərmanı imzaladı•29 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•37 yaşlı yeni başçının dosyesi•Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi•Qaradağın yeni icra başçısı kimdir?•Yeni təyin olunan icra başçısı onun müavini imiş – Dosye•Bakı sakininin maşını Şuşada minaya düşdü•

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən Məcra.az-a bildirilib ki, gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə, axşam isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı- ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt