Babadağda itkin düşən üç nəfər sağ tapıldı – YENİLƏNİB + FOTO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri – Xudaverdiyev Niyyət, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Məcra.az xəbər verir ki, bu barədə FHN-in məlumatında qeyd olunur.

Nazirlikdən həmçinin bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.

13:39

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər.

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedənlər – 2002-ci il təvəllüdlü Xudaverdiyev Nicat Vüqar oğlu, 2006-cı il təvəllüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Adil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da, geri qayıda bilməyiblər.

Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri görülür.

12:15

Babadağ dağında bir neçə nəfər köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul edilən kimi FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək. Oxu.az

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt