16 yaşlı qızın sevgilisinə qoşulub Bakıdan Cəlilabada qaçmasının TƏFƏRRÜATLARI – VİDEO

XƏBƏR XƏTTİ
Prezidentlə görüşdən paylaşım etdi•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•Prezidentlə görüşdən paylaşım etdi•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir – VİDEO•

Daxili İşlər Nazirliyi Bakıda məktəbli qızın qaçırılaraq Cəlilabada aparılması məsələsi ilə bağlı açıqlama yayıb.

Məcra.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məsələnin nəzarətə götürüldüyü bildirilib.

“Nikahla əlaqəli heç bir mərasim keçirilməyib. 16 yaşı tamam olmuş yeniyetmə izahatında heç bir təsirə və təzyiqə məruz qalmadan Cəlilabad rayonunda yaşayan qohumunun evinə getdiyini bildirib. Araşdırma aparılır, müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Xatırladaq ki, Bakıda məktəbli qızın qaçırılması barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində danışılıb.

Qeyd olunub ki, qaçırılan 16 yaşlı yeniyetmə Cəlilabada gətirilib.

Qızın sözlərinə görə, qaçması üçün valideynlərinin razılığı olub.

“Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar”,- deyə o bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt