Biləsuvar sərhəd-keçid məntəqəsində problem: Avtomobillərin böyük növbəsi yaranıb – VİDEO

XƏBƏR XƏTTİ
Biləsuvar sərhəd-keçid məntəqəsində problem: Avtomobillərin böyük növbəsi yaranıb – VİDEO•Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı – Rəsmi•Dünyaşöhrətli zərgər Bulqari vəfat edib•Məktəbli qız itlərin hücumundan son anda xilas oldu – VİDEO•Faydalı tərəfdaşlıqda daha bir mühüm addım•Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur•Yeni istiqamətlər üzrə qurulan diplomatiya•Humanitar, təhsil və mədəni əlaqələr•Biləsuvar sərhəd-keçid məntəqəsində problem: Avtomobillərin böyük növbəsi yaranıb – VİDEO•Azərbaycanda 10 məktəbə yeni direktor təyinatı – Rəsmi•Dünyaşöhrətli zərgər Bulqari vəfat edib•Məktəbli qız itlərin hücumundan son anda xilas oldu – VİDEO•Faydalı tərəfdaşlıqda daha bir mühüm addım•Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur•Yeni istiqamətlər üzrə qurulan diplomatiya•Humanitar, təhsil və mədəni əlaqələr•

Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində yük avtomobillərinin keçidi ilə bağlı çətinliklər yaranıb.

Mecra.az xəbər verir ki, bu barədə sürücülər Oxu.Az-a müraciət ediblər.

Belə ki, bir neçə müddətdir davam edən vəziyyət sürücülərin narazılığına səbəb olub. Yük avtomobillərinin sərhəd-keçid məntəqəsindən keçməsi zamanı problemlərlə üzləşdiyi bildirilir.

Sürücülər günlərdir davam edən çətinliyin onların vaxt itkisinə və əlavə narahatlıqlara səbəb olduğunu qeyd edirlər. Xüsusilə sərhədi keçmək istəyən avtomobil sahibləri mövcud vəziyyətin nə zaman aradan qaldırılacağı ilə bağlı aydınlıq gözləyirlər.

Qeyd edək ki, Biləsuvar sərhəd-keçid məntəqəsi Azərbaycanla İran arasında avtomobil nəqliyyatı və sərnişin daşımaları baxımından mühüm keçid məntəqələrindən biridir.

Hazırda problemin dəqiq səbəbləri məlum deyil.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt