Azərbaycanda 10 məktəbə yeni direktorlar təyin ediliblər.
Mecra.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə təyinat alan direktorlar təqdim olunublar:
Gəncə şəhəri
1. Zəhra Tofiq qızı Cabbarova – Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
2. Günay Çingiz qızı Əhmədova – Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
3. Raifə Alim qızı Əsgərova – Mikayıl Müşfiq adına 14 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
4. Gülnar Müşviq qızı Hüseynova – 32 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
5. Şəfa Məcid qızı Rüstəmova – Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru;
6. Rza İbrahim oğlu Ələsgərov – 17 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.
Goranboy rayonu
7. Vəfa Sadıq qızı Rəhimova – Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.
Göygöl rayonu
8. Zəhra Elxan qızı Hüseynova – Səxavət Hüseynov adına Mollacəlilli kənd tam orta ümumtəhsil məktəbinin direktoru;
9. Cavid Cabir oğlu İbrahimov – İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.
Kəlbəcər rayonu
10. Amil Allahverdi oğlu Həsənov – 11 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.
Ümumilikdə, Gəncə şəhərində 6, Goranboy rayonunda 1, Göygöl rayonunda 2, Kəlbəcər rayonunda isə 1 ümumi təhsil müəssisəsinə direktor təyinatı həyata keçirilib.
Qeyd edək ki, təyinat alan direktor müavinlərinin də ictimaiyyətə təqdim edilməsi gözlənilir. (Oxu.Az).
