Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində deyilənlər bunun bariz təcəssümüdür. Müsahibədə deyilir ki, Vyetnam xalqının lideri Ho Şi Minin və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduqları tarixi həmrəylik bu gün iki ölkə liderlərinin praqmatik siyasəti nəticəsində yeni məzmun qazanır. Energetika, yaşıl texnologiyalar və beynəlxalq nəqliyyat dəhlizləri üzrə birləşən maraqlar Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının Avrasiya məkanında nümunəvi əməkdaşlıq modelinə çevrildiyini göstərir.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin institusional əsaslarını möhkəmləndirib. Bu xəttin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. Bu sənəd təkcə ikitərəfli əlaqələri deyil, həm də Azərbaycanın Cənub-Şərqi Asiyada, Vyetnamın isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında əməkdaşlıq imkanlarını genişləndirir.
Möhtərəm Prezident cənab İlham Əliyevin səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açacaq bu səfər böyük siyasi əhəmiyyətə malikdir.
Sadiq Şahbazov,
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi və
memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial iqtisadi
müdiri,